Bakıda 12 il əvvəl cinayət törətmiş şəxsə cəza təyin edilmədi


Digərləri 28 Dek 2017 11:24:00 251 0

Bakıda 12 il əvvəl cinayət törətmiş şəxsə cəza təyin edilmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elxan Şıxalıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

E.Şıxalıyevin cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatdığından barəsində cəza təyin olunmayıb.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Şıxalıyev vətəndaşların etibarından sui-istifadə edərək onları aldadıb. O, bu cinayəti 12 il əvvəl törədib. E.Şıxalıyev vətəndaşlara torpaq almaq adı ilə 28 min dollar pulunu məniməsəyib.