Azərbaycan bu il 5 ölkəyə humanitar yardım göndərib.


Digərləri 28 Dek 2017 11:14:00 257 0

Azərbaycan bu il 5 ölkəyə humanitar yardım göndərib.

Azərbaycan bu il 5 ölkəyə humanitar yardım göndərib.

Bakı. Elçin Mehdiyev - Azərbaycan bu il 5 ölkəyə humanitar yardım göndərib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir. Qeyd olunur ki, 2011-ci ildə XİN-in tərkibində yaradılmış Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency /AIDA/) dünyanın inkişaf etməkdə olan ölkələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində yoxsulluğun azaldılması, elmin, mədəniyyətin və səhiyyənin inkişafı, rabitə və informasiya texnologiyalarının tətbiqi, enerji resurslarından səmərəli istifadə, müxtəlif təyinatlı təqaüd proqramlarının, habelə humanitar və texniki təyinatlı digər layihələrin həyata keçirilməsini dəstəkləməkdədir. Artıq 40-dan çox Afrika, Asiya və Latın Amerikası ölkələri Agentliyin həyata keçirdiyi proqramlardan faydalanıb. Azərbaycan Prezidentinin tapşırığına müvafiq olaraq Rohinca müsəlmanlarına yardım məqsədilə 9 sentyabr 2017-ci ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilmiş ərzaq mallarından ibarət humanitar yardımın AIDA və Azərbaycanın Hindistandakı səfirliyi tərəfindən ünvanına çatdırılması təmin edilib. Həmçinin BMT-nin baş katibi Antonio Quterreşin müraciəti əsasında dövlət başçısının tapşırığı ilə Azərbaycan tərəfindən AIDA vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində yaranmış humanitar böhranla bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara və BMT-nin Yüksək Səviyyəli Donor Konfransı çərçivəsində Yəmənə BMT xətti ilə humanitar yardım göstərib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin