Aparıcı 9 yaşlı oğlunun gözü qarşısında güllələndi FOTOlar


Dünya 28 Dek 2017 11:07:00 253 0

Aparıcı 9 yaşlı oğlunun gözü qarşısında güllələndi  FOTOlar

Rusiyalı aparıcı əri tərəfindən öldürülüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, rusiyalı aparıcı 9 yaşlı oğlunun gözü qarşısında əri tərəfindən güllələnib.

Ağır yaralanan 29 yaşlı Zhanna Veber adlı aparıcı xəstəxanada həyatını itirib. Onu öldürən 36 yaşlı Anatoli Leontikov uşağı ailəsinin yanına apardıqdan sonra polisə təslim olub.

Polisin verdiyi məlumata görə, Anatoli xanımını pnevmatik tapança ilə yaralayıb. Atəş çox yaxın məsafədən açıldığına görə aparıcının həyatını xilas etmək mümkün olmayıb.


Xəbərə aid fotolar