Bakıda Qoşulmama Hərəkatının nazirlər toplantısı keçiriləcək


Digərləri 28 Dek 2017 10:56:00 198 0

Bakıda Qoşulmama Hərəkatının nazirlər toplantısı keçiriləcək

2018-ci il 3-6 apreldə Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək.

Bakı. Elçin Mehdiyev – 2018-ci il 3-6 apreldə Qoşulmama Hərəkatının orta müddətli nazirlər toplantısı Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci il xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib. H.Hacıyev bildirib ki, 2019-cu ildə də təşkilatın növbəti sammiti də Azərbaycanda keçiriləcək. Qeyd edək ki, Azərbaycan 2019-2022-ci ildə qoşulmama hərəkatına sədrlik edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin