Şakira və Pike NyuYorkda dincəlirlər FOTO


Digərləri 28 Dek 2017 10:49:00 334 0

Şakira və Pike NyuYorkda dincəlirlər  FOTO

Məşhur müğənni Şakira və onun qeyri-rəsmi nikahdakı əri, İspaniyanın "Barselona" klubunun ulduzu Jerar Pike Nyu-Yorkdadırlar.

Son.az TMZ-yə istinadən bildirir ki, dünən onlar "Hunt & Fish Club"a yollanaraq ailəvi şam yeməyi yeyiblər.

4 yaşlı Milanın və 2 yaşlı Saşanın anası, 40 yaşlı Şakiranın dediyinə görə, övladları Nyu-Yorku çox seviblər.

Şakira ilə Jerar Pike 2011-ci ildən bəri birlikdə yaşayırlar.

Müğənni yeni "El Dorado" albomunun promo turnesi olan "El Dorado World Tour" çərçivəsində konsertlərini gələn ilin iyun ayınadək təxirə salıb.


Xəbərə aid fotolar