Milyarder lordun təyyarəsi anbara girdi FOTO


Digərləri 28 Dek 2017 10:38:00 272 0

Milyarder lordun təyyarəsi anbara girdi  FOTO

Britaniya Mühafizəkarlar Partiyasının sabiq xəzinədarı lord Eşkroftun özəl reaktiv təyyarəsi Dassault Falcon 7X Maltanın paytaxtı Valettadakı beynəlxalq hava limanında qəzaya uğrayıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxaraq İtaliyanın "Poldiano Group" şirkətinə məxsus anbarın binasına dəyib.

Təyyarə anbarın divarını dələrək içəri girib.

İlkin məlumata görə, təyyarəni uçuş-enmə zolağından güclü külək çıxarıb.

71 yaşlı lordun qəza ilə bağlı açıqlaması Twitter-dəki profilində lakonik olub: "Nooooooo ..."


Xəbərə aid fotolar