31 yaşlı kişi bazarda naməlum şəxslər tərəfindən döyüldü


Digərləri 28 Dek 2017 09:39:00 207 0

31 yaşlı kişi bazarda naməlum şəxslər tərəfindən döyüldü

Tovuz rayonunda 31 yaşlı kişi döyülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində fəaliyyət göstərən bazarda baş verib.

Rayonun Qovlar qəsəbə sakini, 1986-cı il təvəllüdlü Nəsibov Nakif Bəşir oğlu bazarın ərazisində naməlum şəxslər tərəfindən döyülüb. N.Nəsibov halsız vəziyyətdə küçədə aşkar edilib və təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada ona qapalı kəllə beyin travması və baş nahiyəsinin deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.