Cəlilabadda mikroavtobusda öldürülən şəxsin qatili onun kürəkəni imiş


Sosial 28 Dek 2017 09:45:33 251 0

Cəlilabadda mikroavtobusda öldürülən şəxsin qatili onun kürəkəni imiş

Faktla bağlı cinayət işi başlanılıb

 Cəlilabad rayonunda qətl törədənin öldülürən şəxsin kürəkəni olduğu məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, rayonun Uzuntəpə kənd sakini, 1956-cı il təvəllüdlü Rakif Qardaş oğlu Hüseynovu onun kürəkəni 1999-cu il təvəllüdlü Əvəz Əhməd oğlu Həmzəyev bıçaqlayaraq öldürüb. Hadisə sərnişin mikroavtobusunda, R.Hüseynovun arvadının gözləri qarşısında baş verib.

Ə.Həmzəyev tutulub.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.