"Çox vaxt gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"


Digərləri 28 Dek 2017 10:28:00 323 0

"Çox vaxt gənclər valideynlərin himayəsində pensiya yaşına qədər yaşamaq istəyirlər"

"Regionların iqtisadi inkişaf proqramlarına əsasən, hər bir rayonda yaşamaq və işləmək üçün lazımi infrastruktur yaradılıb. Lakin nədənsə, ölkəmizdə insanların məhz Bakıda aşağı vəzifədə işləməsi belə ailə-məişət mühitində uğur hesab olunur. Ancaq hamımız bilirik ki, paytaxtda işləyib yaşamaq daha çətindir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, vakant vəzifələr regionlarda yerləşən dövlət orqanlarında olanda insanlar orada işləmək üçün həvəsli olmurlar.

M.Abbaszadə bu sahədə müəyyən çatışmazlıqların müşahidə olunduğunu söyləyib:

"Regionlarda yerləşən dövlət orqanlarında rəhbər vəzifələrə aid vakant yerlər daha çoxdur və rayonlarda da yüksək ixtisaslı kadrlara ehtiyac var. Çox vaxt gənclər valideynlərin himayəsi altında pensiya yaşına qədər yaşamaq istəyirlər. Belə olmamalıdır. Gənclər öz sərbəstliyindən istifadə etməlidirlər. Öz üzərində çalışan hər bir insan regionda əmək fəaliyyətinə başlasa, yaxşı vəzifəyə sahib ola bilər".

Direktorlar Şurasının sədri əlavə edib ki, dövlət qulluğu ilə bağlı elan olunan vakant yerlər və bu yerlərə qəbul olmaq üçün müsabiqədə uğur qazanan namizədlərin sayı arasında fərq var. Vakant yerlər daha çox, namizədlərin sayı isə azdır:

"Görünən odur ki, insanlarda hələ həmin yerləri tutmaqla bağlı inam yaranmayıb. İnsanlar imtahan prosesindən qorxmamalıdırlar. Onlar öz üzərində işləyib imtahanlarda hər ay iştirak edə bilərlər".

M.Abbaszadə qeyd edib ki, dövlət qulluğu imtahanında uğur qazanan namizədlər əsasən gənclərdir: