Günün qoroskopu: hər şey qarşılıqlı olacaq


Digərləri 28 Dek 2017 00:01:00 260 0

Günün qoroskopu: hər şey qarşılıqlı olacaq

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - maraqlı hadisələr, gözləntilər və faydalı informasiyalar bol olacaq. Diqqətli olun, ətrafınızdakı insanlara göz qoyun, hadisələri müşahilə edin. Başqalarının görə bilmədiklərini görün, duya bilmədiklərini duyun. Belə olarsa, böyük üstünlük əldə edərsiniz. Yaxın ətrafınızdakı insanlara yardım edin, köməyinizi əsirgəməyin. Çətin vəziyyətə düşmüş insanın minnətdarlığı gecikməyəcək.

Buğa - bu gün uğurlu alış-veriş, sərfəli müqavilələr və anlaşmaların əldə edilməsi istisna deyil. Gəlirləriniz arta bilər. Maliyyə durumunuzu yaxşılaşdıra biləcək yeni təkliflər ala bilərsiniz. Sevdiyiniz insanın uğurlarına sevinin. Bu gün ailə üzvləriniz və yaxın qohumlarınızla fəxr edə bilərsiniz.

Əkizlər - yaxın və uzaq qohumlardan biri ilə çoxdankı münaqişəni yoluna qoyaraq çözmək üçün əlverişli gündür. Güzəştli həllə nail olaraq kompromisi gerçəkləşdirməklə köhnə problemi həll etmək olar. Yalnız əmlakla bağlı məsələlərdən savayı. Bu gün həmin məsələlər çözülməyəcək.

Xərçəng - yaxın ətrafınızdakı insanlara bu gün yaxşı münasibət bəsləyin. Hər şey qarşılıqlı olacaq. Köhnə umu-küsünü unutmağa çalışın, səhvən öz bədxahınız hesab etdiyiniz insanla münasibətləri normaya salın. Yaxın insanlarınızın sayəsində istənilən işin öhdəsindən gələ biləcəksiniz.

Şir - sakitlik və təmkini qorumaq çox mühümdür. Yalnız belə olan təqdirdə çətin günü özünüz üçün əlverişli zamana döndərə bilərsiniz. Çətinliklər və problemlərə emosional səbatınızı qarşı qoyun. Ən çətin, əlverişsiz şəraitdə belə, nikbinliyinizi qoruyun. Yaxın adamlarınızın, dəyər verdiyiniz insanların problemlərini həll etmək üçün çox güc sərf etməyin.

Qız - bu gün həyat potensialınız yüksək olacaq. Enerji qıtlığı və çatışmazlığından şikayətlənməyəcəksiniz. Yeni işlərə başlamaq olar. Hətta ən çətin işlərin belə, təməlini qoya bilərsiniz. İşlərin öhdəsindən asanlıqla gələcək, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız.

Tərəzi - sizə könüllü yardım etmək istəyən insanlar olacaq və onlarla xoş münasibətlər yaradacaqsınız. Sonradan maliyyə durumunuzu yaxşılaşdıra biləcək yeni ideyalarınız yarana bilər. Əks cinsin mənsubları ilə ünsiyyət üçün əlverişli gündür.