"Nissan" 130 minə yaxın avtomobili geri çağırıb


Digərləri 27 Dek 2017 23:14:00 270 0

"Nissan" 130 minə yaxın avtomobili geri çağırıb

"Nissan" şirkəti Rusiyada 128 mindən çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar avtomobillərdə sürücünün təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2008-ci ilin avqustundan 2014-cü ilin avqustunadək satılmış "Note (E11)" və "Tiida (C11)" modellərinə şamil olunur.