Rusiya İstintaq Komitəsi Peterburqdakı partlayışın səbəbini açıqlayıb


Dünya 27 Dek 2017 22:20:00 347 0

Rusiya İstintaq Komitəsi Peterburqdakı partlayışın səbəbini açıqlayıb

Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda mağazada baş verən partlayışın səbəbini açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, mağazada gücü 200 qram trotilə ekvivalent olan əldə düzəldilmiş, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu işə düşüb.

Faktla bağlı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Hadisə nəticəsində 9 nəfər xəstəxanalara yerləşdirilib, ölən yoxdur.