Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışı üzrə Əməliyyat Qərargahının SON MƏLUMATI


Digərləri 27 Dek 2017 22:21:00 259 0

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışı üzrə Əməliyyat Qərargahının SON MƏLUMATI

Əməliyyat Qərargahı Qubada itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumat yayıb.

Bakı. Əməliyyat Qərargahı Qubada itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumat yayıb. Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının aparılması üçün könüllü dəstələrin yaradılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif çağırışlar səslənir. Fövqəladə Hallar Nazirliyi axtarışların mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını, eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edir ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir.