Azərbaycan narının ixrac marşrutu - ABŞ, Kanada və daha haralar olacaq?


Digərləri 27 Dek 2017 22:10:43 261 0

Azərbaycan narının ixrac marşrutu - ABŞ, Kanada və daha haralar olacaq?

Azərbaycanda yetişən nar və istehsal olunan nar məhsulları daha çox MDB və Şərqi Avropa ölkələrinə göndərilir.

Bakı. Samir Əli – Azərbaycanda yetişən nar və istehsal olunan nar məhsulları daha çox MDB və Şərqi Avropa ölkələrinə göndərilir. Bu barədə Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının əməkdaşı Boyukaga Mustafayev deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan narına daha çox tələbat var: "Nar və nar məhsullarının xarici bazarlara ixracında son illərdə artım var. Bu yaxınlarda Ərəb ölkələrində ixrac missiyası keçirildi və bir sıra müqavilələr bağlanıldı. Nar məhsulları ilin bütün aylarında ixrac olunur. Nar ixracı isə oktyabr ayından fevralın sonu - martın əvvəlinə kimi davam edir. Narın ixracı AZPROMO-nun dəstəyi ilə həyata keçirilir". B.Mustafayev bildirib ki, hazırda təmsil etdiyi qurum Avropa bazarlarına çıxa bilmək üçün yeni sertifikatlar almağa səy göstərir: "Bu bazarlara sertifikat almaq bir qədər çətindir. Bu sertifikatları alaraq, Avropa, ABŞ və Kanada bazarlarına məhsullarımızı ixrac etməyi planlaşdırırıq".