Səhərlər duş almasaz...


Digərləri 27 Dek 2017 21:30:00 305 0

Səhərlər duş almasaz...

Həkimlər müəyyənləşdiriblər ki, gün boyu stressdən uzaq olmaq üçün duş almaq faydalıdır.

Hətta imtahan verənlər də stress və depressiyadan uzaqlaşmaq üçün duş almağı seçim edə bilər. Bu sadə prosedur imtahan həyəcanını azaltmağa kömək edir.

Son.az musavat.com-a istinadən bildirir ki, duş alarkən diqqət yetirilməsi lazım olan suyun istiliyi və duşda keçirilən müddətdir. Çox isti su dəridə tarazlığı pozaraq, bədəndəki təbii yağın yox olmasına səbəb olur. Uzun müddət suyun altında qalmaq isə dəri sağlamlığına mənfi təsir göstərə bilər. Bu baxımdan çox duşda olmamaq və duşdan sonra istəyə uyğun bitki mənşəli nəmləndiricilərdən istifadə etmək lazımdır. Dəri sağlamlığı üçün çirkli və ya küləkli yerlərdə olmamaq məsləhətdir.