Rusiyada nazirlərin əməkhaqları açıqlandı


Digərləri 27 Dek 2017 20:41:00 246 0

Rusiyada nazirlərin əməkhaqları açıqlandı

Rusiyanın Maliyyə Nazirliyi federal dövlət orqanlarında işləyən rəsmilərin orta aylıq əməkhaqqının məbləğini açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, dövlət qurumları arasında ən çox əməkhaqqını maliyyə-iqtisadi nazirliklərin rəhbərləri alır.

Əməkhaqqının həcminə görə birinci yerdə Rusiyanın maliyyə naziri Anton Siluanov qərarlaşıb. Onun aylıq əməkhaqqı 1,7 milyon rubl və ya 30 min dollara yaxındır.

İlk üçlükdə həmçinin iqtisadi inkişaf və enerji nazirləri yer alıb. Onların əməkhaqqı müvafiq olaraq 1,27 milyon rubl (22 min dollar) və 1,16 milyon rubl (20 min dollar) təşkil edir.