ADPUda "Beynəlxalq davamlı turizm ili"nin yekun konfransı keçirilib FOTO


Digərləri 27 Dek 2017 20:48:00 813 0

ADPUda "Beynəlxalq davamlı turizm ili"nin yekun konfransı keçirilib  FOTO

Bu gün (27 dekabr 2017-ci il) Azərbaycan Dövlət Pedaqoji Universitetində BMT-nin Dünya Turizm Təşkilatı Baş Assambleyasının 2017-ci ilin "Beynəlxalq davamlı turizm ili" etməsinin yekunlarına dair "Turizmin sinergetikası: bioloji və sosial inkişaf tələbələrin gözü ilə" mövzusunda yekun konfrans keçirilmişdir. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov, İnzibati təsərrüfat işləri üzrə prorektor Ümid Mehdiyev, fakültə dekanları, kafedra müdirləri, struktur bölmə rəhbərləri, filial nümayəndələri və tələbələr iştirak edirdilər. 

Konfransı giriş sözü ilə ADPU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Yusif Alıyev açaraq 2017-ci ilin dünyada "Beynəlxalq davamlı turizm ili" elan edilməsinin zəruriliyindən, qarşıya qoyulan məsələlərdən və həllinə nail olunmuş işlərdən danışdı. O qeyd etdi ki, dünyanın ən ali orqanlarından olan BMT-nin bu qətnaməni qəbul etməsindən 4 il öncə, 2011-ci ildə Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının hazırlanmasına görə Azərbaycan Respublikası Prezidentinin 20 iyul tarixli Sərəncamı olmuşdur. Bu da onu göstərir ki, Azərbaycan hökuməti bu məsəslərin həllində dünyanı gözləmədən uğurlu işə başlayıb. Dosent Y.Alıyev qeyd etdi ki, "Beynəlxalq davamlı turizm ili" çərçivəsində ADPU Təhsil Nazirliyinin bir qurumu olaraq böyük işlər görmüşdür. ADPU-nun filiallarının yerləşdiyi Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabad rayonlarının mövcud turizm imkanları filial tələbələri ilə birgə öyrənilmiş, ətraf alımə ekskursiyalar təşkil edilmişdir. Filiallar arasında "Bölgəmizin turizm potensialı" foto-müsabiqəsi elan edilmiş və tələbələrin canlı təbiətdən çəkilmiş 396 fotol arasından üç foto seçilmiş və 1-ci, 2-ci və 3-cü yer üzrə diplomla mükafatlandırılmaya təqdim edilmişdir. 

Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19 may 2017-ci il tarixli əmri ilə 2017-ci ilin "İnkişaf naminə beynəlxalq turizm ili" edilməsinin icrası ilə əlaqədar ADPU-da görülən işlər barədə Elm və innovasiyalar şöbəsinin baş mütəxəssisi Dilguşə Suleymanova slayd təqdimatla çıxış etdi.  Ardınca ADPU-nun Şamaxı filialının tələbəsi Şəlalə Seyidovanın, Ağcabədi filialının tələbəsi Eltac Fərzəliyevin, Şəki filialının tələbəsi Vüsalə Məmmədağayevanın, Quba filialının tələbəsi Azər Zahirovun və Cəlilabad filialının tələbəsi Aysun Babayevanın Şamaxı, Ağcabədi, Şəki, Quba və Cəlilabad rayonlarının turizm potensialından bəhs edən slayd təqdimatlar göstərildi. Təqdimatlarda bölgənin turizm potensialı, ilk növbədə, bölgələrin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti və eyni zamanda, son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması, həm xarici, həm də yerli turistlərin bölgələrə marağının artırılmasını ön plana çəkdilər. 


Xəbərə aid fotolar