ABŞ təbii qazın satışına görə ən bahalı bazar oldu


Digərləri 27 Dek 2017 20:18:00 262 0

ABŞ təbii qazın satışına görə ən bahalı bazar oldu

ABŞ-ın şimal-şərqində təbii qazın spot (cari) qiyməti 2 dəfədən çox artaraq son 3 ildə ən maksimal həddə çatıb.

Son.az report-a istinadən xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, buna səbəb soyuq havalara görə yanacağa tələbatın artmasıdır.

Təbii qazın qiymətinin bu həddə qalxması ilə ABŞ-ın bu regionu dünyada təbii qazın ən bahalı bazarına çevrilib.

Ötən gün Yeni İngiltərə regionu (Konnektikut, Men, Massaçusetts, Nyu-Hempşir, Rod Aylend, Vermont ştatları) üçün növbəti gün çatdırılma ilə "Intercontinental Exchange" platformasında 1 mln. Britaniya termal vahidi həcmində təbii qazın qiyməti 35,35 dollara qədər artıb.