Anaya oğlunun külünü qaytardılar FOTO


Digərləri 27 Dek 2017 19:24:00 305 0

Anaya oğlunun külünü qaytardılar  FOTO

İngiltərənin Derbi qraflığındakı Alvaston şəhərinin sakini, 28 yaşlı Loren Pauell vəfat etmiş kiçik oğlunun kremasiya edilmiş külünün evindən oğurlandığını anlayanda az qalmışdı ağlını itirsin.

Son.az The Mirror-a istinadən bildirir ki, tibb bacısı işləyən L.Pauell oğlunun külünün kimə, nə üçün gərək olduğunu anlamadığını söyləyib.

Polis isə hesab edir ki, cəsədin kremasiya olunandan sonra qalmış külün saxlandığı qutu zinət əşyalarının olduğu mücrüyə bənzədiyindən oğruların diqqətini cəlb edib.

Loren Pauell Facebook-dakı profilində oğrulara müraciət edib: "Oğlumun külünü kim oğurlayıbsa, yalvarıram, qaytarın!"

Facebook-dakı elan işə yarayıb. Derbi şəhərinin sakinlərindən biri küçədə səkinin kənarına atılmış qutunu və yerə səpələnmiş külü görüb.


Xəbərə aid fotolar