"Hörümçək adam"a ictimai baxış keçirildi


Kriminal 27 Dek 2017 19:26:00 278 0

"Hörümçək adam"a ictimai baxış keçirildi

Dekabrın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Yeni il şənlikləri çərçivəsində təqdim ediləcək Sten Linin "Hörümçək adam" əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya ictimai baxış keçirildi. Maraqlı tamaşa və Yeni ilin personajlarının yer aldığı səhnələr qış tətili günlərində teatrımızı istirahət məkanı kimi seçən məktəblilərə əsl bayram əhvalı bəxş edəcək.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhmzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, səhnə plastikası Ceyhun Dadaşov, tryukların quruluşu İsa Əsədova məxsusdur. Yeni səhnə əsərində əsas obrazları teatrın istedadlı aktyorlarından Əməkdar artistlər Almaz Mustafayeva, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Zemfira Əbdülsəmədova, Mehriban Hüseynova, Səbinə Məmmədova, Nuranə Hüseynova, Nuriyyə Əliyeva, Asya Atakişiyeva, Zümrüd Quliyeva, Xəyalə Meydanova, Könül Əbilova, Elnur Hüseynov, İradə Rəşidova, İlham Əsədov, Natiq Fərzəliyev, Anar Səfiyev və başqaları ifa edəcəklər.