Bir səhvə görə təyyarə 4 saatdan sonra geri qayıtdı


Dünya 27 Dek 2017 19:18:00 280 0

Bir səhvə görə təyyarə 4 saatdan sonra geri qayıtdı

Yaponiyanın "All Nippon Airways" şirkətinə məxsus təyyarə Los-Ancelesdən Tokioya uçuş həyata keçirən zaman geri qayıtmalı olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna sərnişinlərdən birinin reysi səhv salması səbəb olub.

Qeyd olunur ki, həmin şəxsin yanlışlıqla bu təyyarəyə minməsi məlum olduqdan sonra pilot təhlükəsizlik məqsədilə təyyarəni geri qaytarmaq qərarına gəlib.

Təyyarə dörd saatdan sonra geri qayıdıb.