AzərbaycanGürcüstan sərhədində mütəşəkkil dəstə aşkarlandı FOTO


Digərləri 27 Dek 2017 19:08:00 240 0

AzərbaycanGürcüstan sərhədində mütəşəkkil dəstə aşkarlandı  FOTO

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib.

Xidmətdən Son.az-a verilən məlumata görə, Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 Hindistan vətəndaşı - 1993-cü il təvəllüdlü Shukla Sarkhar Jitendrakumar və 1995-ci il təvəllüdlü Shukla Yash Jitendrakumar saxlanılıb. Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əcnəbiləri əraziyə gətirmiş tak­si sürücüsü və bir qrup Gürcüstan vətəndaşları ilə əlbir olaraq onların sərhəddən keçiril­mə­si­nə bələdçilik edən 1999-cu il təvəllüdlü Bayramov Samir Ədil oğlu müəyyən­ləşdirilərək ya­xa­lanıb.

Bununla yanaşı Ağstafa rayonu "Böyük-Kəsik" sərhəd nəzarəti məntəqəsində Azərbaycandan Gürcüstana keçərkən Hindis­tan vətəndaşı 1995-ci il təvəllüdlü Singh Sukhvinder şübhəli şəxs qismində saxlanılıb, əşyalarına baxış zamanı üzərindən iki nəfər Pakistan İslam Respublikası və iki nəfər Hindistan vətəndaşına məxsus pasportlar aşkar olunub. Aparılmış araşdırma zamanı qeyd olunan Hindistan vətəndaşının da qeyri-leqal miqrasiya ilə məşğul olması müəyyən­ləşdirilib.


Xəbərə aid fotolar