Azərbaycan-Gürcüstan sərhədində qeyri-leqal miqrasiya ilə məşğul olan mütəşəkkil dəstə aşkarlanıb (FOTO)


Digərləri 27 Dek 2017 18:40:00 222 0

Azərbaycan-Gürcüstan sərhədində qeyri-leqal miqrasiya ilə məşğul olan mütəşəkkil dəstə aşkarlanıb (FOTO)

Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib.

Bakı. Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya qarşı həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan-Gürcüstan sərhədində bu fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə aşkarlanaraq zərərsizləşdirilib. Xidmətdən Trend-ə verilən məlumata görə, Ağstafa rayonunun Sadıxlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 Hindistan vətəndaşı - 1993-cü il təvəllüdlü Shukla Sarkhar Jitendrakumar və 1995-ci il təvəllüdlü Shukla Yash Jitendrakumar saxlanılıb. Fakt üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan əcnəbiləri əraziyə gətirmiş tak­si sürücüsü və bir qrup Gürcüstan vətəndaşları ilə əlbir olaraq onların sərhəddən keçiril­mə­si­nə bələdçilik edən 1999-cu il təvəllüdlü Bayramov Samir Ədil oğlu müəyyən­ləşdirilərək ya­xa­lanıb.