Mbappe: "O mənim uşaqlıq qəhrəmanımdır"


İdman 27 Dek 2017 18:32:00 285 0

Mbappe: "O mənim uşaqlıq qəhrəmanımdır"

PSG-nin gənc ulduzu Klian Mbappe maraqlı açıqlamalar verib.

Goal.az xəbər verir ki, 19 yaşlı forvard Madrid "Reall"ı haqda danışıb. O, PSJ-yə keçməzdən öncə "kral klubu" ilə danışıq apardığını deyib:

"Bəli, PSG-yə transfer olmadan öncə "Real"la görüşdük. Amma bu həm mənim üçün, həm də Madrid klubu üçün keçmişdə qaldı. "Real" dünyanın ən yaxşı komandasıdı. Ardıcıl 2 il Çempionlar Liqasının qalibi oldular. Biz də inkişaf edirik. Kristiano Ronaldoya qarşı "Santyaqo Bernabeu"da oynamaq fantastik olacaq. O, mənim uşaqlıq qəhrəmanımdı".