"Bakmil" stansiyasında sərnişin platforması yenidən qurulur


Digərləri 27 Dek 2017 18:38:19 235 0

"Bakmil" stansiyasında sərnişin platforması yenidən qurulur

Metronun “Bakmil” stansiyasında sərnişin platforması yenidən qurulur.

Bakı. Metronun “Bakmil” stansiyasında sərnişin platforması yenidən qurulur. Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. 1970-ci ildə istismara verilən və 9 il sonra yenidən qurulan Bakı Metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil” stansiyasında bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidən qurulması günün zəruri tələbinə çevrilib. Dövrün tələblərinə uyğun olaraq, "Bakmil" stansiyasında avqust ayından başlanmış təmir-bərpa işlərinin birinci mərhələsi artıq yekunlaşmaq üzrədir. Təmir müddətində fəaliyyətini davam etdirən stansiyanın yenidən qurulması üzrə işlər Bakı Metropoliteninin təhlükəsizlik tələblərinə ciddi riayət edilməklə tərtib edilmiş tədbirlər planına uyğun olaraq mərhələli aparılır.