"İndi yuxudan gec oyanıram, prezident olanda isə..."


Dünya 27 Dek 2017 18:24:00 286 0

"İndi yuxudan gec oyanıram, prezident olanda isə..."

Barak Obama ABŞ-ın prezidenti postundan getdikdən sonra səhərlər doyunca yatdığı üçün məmnun olduğunu deyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, Britaniya şahzadəsi Harriyə müsahibəsində deyib.

B.Obama əlavə edib: "Gec yuxudan dururam. Bütün günümü özüm üçün planlaşdırmaq gözəl bir şeydir, prezident olanda iş qrafikim sıx idi. İndi rahat yuxudan dururam və qərar verirem günümü necə keçirəcəm".