Bakıda itən məktəbli tapılıb


Digərləri 27 Dek 2017 18:20:00 208 0

Bakıda itən məktəbli tapılıb

Hazırda uşaq polis tərəfindən tapılıb ailəsinə təhvil verilib.

Bakı. Samir Əli - Bakıda itən məktəbli tapılıb. Trend-ə 17 nömrəli tam orta məktəbdən verilmiş məlumata görə, məktəbin bir nəfər VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dekabrın 26-da dərslərdə iştirak edib, dərsdən sonra əlavə məşğələdə olub. Dərsdən sonra evə getmək üçün məktəbdən çıxıb. Axşam saatlarında məlum olub ki, uşaq evə getmədiyi üçün valideynləri polisə müraciət ediblər.