Gürcüstanda işıq pulu artırıldı


Dünya 27 Dek 2017 18:18:00 276 0

Gürcüstanda işıq pulu artırıldı

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin əhalisi üçün elektrik enerjisinin istehlak tarifi artırılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının iclasında qəbul olunub.

Qərara əsasən, Tbilisini elektrik enerjisi ilə təmin edən "Telasi" SC-nin abunəçiləri üçün 1 kv/saat üçün tarif ƏDV daxil olmaqla 1,56 tetri bahalaşıb.

2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni tariflər 3 il müddətinə müəyyənləşib.