"İçəri pəncərədən girdim" Kompüter oğrusu saxlanıldı VİDEO FOTO


Digərləri 27 Dek 2017 17:40:00 267 0

"İçəri pəncərədən girdim"  Kompüter oğrusu saxlanıldı  VİDEO  FOTO

Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakinlərindən birinə məxsus evə girərək 1200 manat dəyərində kompüteri oğurlamaqda şübhəli bilinən Orxan Bayramov saxlanılıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, kompüter Bayramovun yaşadığı evin zirzəmisindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Orxan Bayramov - Saxlanılan şəxs: "Bilirdim evdə yox idi. Pəncərədən içəri girib, kompüteri götürüb gizlətdim".

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Xəbərə aid fotolar