"Heç kimin olmadığını görüb həyətə keçdim" Oğrudan etiraflar VİDEO FOTO


Digərləri 27 Dek 2017 17:05:00 291 0

"Heç kimin olmadığını görüb həyətə keçdim"  Oğrudan etiraflar  VİDEO  FOTO

Neftçalada oğru tutulub.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşa məxsus həyətyani sahədən aliminium tor hasarları oğurlamaqda şübhəli bilinən rayon sakini Emin Həsənov saxlanılıb.

Törətdiyi əməli etiraf edən Həsənov tor hasarları satdığını deyib.

Emin Həsənov (saxlanılan şəxs): "Məhlədə heç kimin olmadığını görüb həyətə keçdim. Damda aliminium tor hasarları götürüb çıxdım. Aparıb 35 manata satdım".


Xəbərə aid fotolar