Gürcüstan müsəlmanları xüsusi bəyanat yaydı


Digərləri 27 Dek 2017 16:22:00 283 0

Gürcüstan müsəlmanları xüsusi bəyanat yaydı

Gürcüstanın müsəlman dini liderləri ölkədə baş verən son proseslərlə bağlı bəyanat yayıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, bəyanatda din adı ilə törədilən istənilən zorakılıq pislənilir. 

Sənəddə qeyd olunub ki, terrorizmin milliyyəti və dini yoxdur: "Şiddət, zülm, işgəncənin İslam dini ilə heç bir əlaqəsi yoxdur. İslam sülh və mehribanlıq dinidir. Gürcüstanın milliyyəti və dinindən asılı olmayaraq bütün vətəndaşlarını ölkədə sülh və sabitliyi qorumağa və zorakılığa qarşı birləşməyə çağırırıq". 

Bəyanat müəllifləri qeyd ediblər ki, Gürcüstan müsəlmanları digər konfessiyalarla birgə əsrlər boyu sülh şəraitində yaşayıb və ölkənin inkişafına töhfə veriblər.