12 kənddə yeni içməli su təchizatı sistemi yaradılıb (FOTO)


Digərləri 27 Dek 2017 15:51:00 224 0

12 kənddə yeni içməli su təchizatı sistemi yaradılıb (FOTO)

Kürdəmirin 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

Bakı. Kürdəmirin 12 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində kəndlərə içməli suyun verilməsi ilə bağlı açılış mərasimi keçirilib. “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində layihələrin yekunlaşdığını bildirib. Qeyd olunub ki, növbəti illərdə digər kəndlərin də içməli su təchizatının yaxşılaşdırılması məqsədilə araşdırmalar aparılır.