Paytaxtda avtomobil, Agcabədidə ev yandı


Digərləri 27 Dek 2017 15:34:00 280 0

Paytaxtda avtomobil, Agcabədidə ev yandı

Paytaxtda avtomobil, Agcabədi rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Agcabədi rayonunda isə ümumi sahəsi 200 kv.m olan birmərtəbəli 4 otaqlı evin bir otağının qamışdan ibarət tavanı 40 kv.m sahədə, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.