Türkiyə Sudandan aldığı adada hərbi gəmilər üçün tərsanə tikəcək


Dünya 27 Dek 2017 15:19:00 367 0

Türkiyə Sudandan aldığı adada hərbi gəmilər üçün tərsanə tikəcək

Türkiyə Sudanın Suakin adasında hərbi və mülki gəmilər üçün tərsanə tikəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, tərsanə tikintisi ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Sudana səfəri zamanı iki ölkə arasında imzalanmış sazişdən biridir.

Bundan əvvəl Sudan Prezidenti Ömər əl-Bəşir Suakin adasının Türkiyəyə 99 il müddətinə icarəyə verilməsi haqqında fərman imzalayıb.

Qeyd edək ki, R.T.Ərdoğan Sudana səfəri zamanı rəsmi Ankaranın adada irimiqyaslı yenidənqurma və bərpa işləri görməyə hazır olduğunu bəyan etmişdi.