"Mənim atam, ərim yoxdur, bu, o demək deyil ki, kimsə belə etməlidir?"


Şou-biznes 27 Dek 2017 13:54:00 319 0

"Mənim atam, ərim yoxdur, bu, o demək deyil ki, kimsə belə etməlidir?"

"Dünən axşam saat altı radələrində qızımla toya getməyə hazırlaşırdım"

"Dünən axşam saat altı radələrində qızımla toya getməyə hazırlaşırdım. Qapı döyüldü, Rafiq adlı qonşu çox sərt şəkildə dedi ki, düş, maşını götür, mənim yerimdə saxlamısan. Bildirdim ki, toya gedirəm, indi düşürəm. Mən aşağı düşən kimi maşına cumdu. Uşaq oturan tərəfdən qapını açıb məni təhqir etməyə başladı".

Son.az bildirir ki, bu fikirləri ölkə.az-a açıqlamasında ötən gün qonşusuyla bağlı Xətai RPİ-nin 36-cı polis bölməsinə şikayət ərizəsi ilə müraciət edən aparıcı-aktrisa Könül Yusifqızı hadisənin təfərrüatını danışarkən səsləndirib. O bildirib ki, maşın saxlamaq üstündə yaranan mübahisə davaya çevrilib və 40-45 yaşlarında olan qonşusu onu vurub:

"Deyir, bilirsən sənin başına nə oyun açaram? Bütün bunları səkkiz yaşlı qızımın yanında deyir. Aşağı düşüb dedim ki, yekə kişisən, bu, nə danışıqdır? Axı harda yazılıb ki, bura sənin yerindir. Bildirdi ki, səni videoya çəkərəm. Mən indiyə qədər elə küçə söyüşləri eşitməmişəm. Qonşular araya girdilər. Amma buna qədər o, məni vurdu və gödəkçəmi cırdı. Əlimdə məhkəmə tibbi ekspertizasından kağızım var. Kəllə beyin travması almışam. Gecə də üstümə təcili tibbi yardım gəldi. Uşaq da çox pis qorxub".

K.Yusifqızı qeyd edib ki, sözügedən şəxs də onun barəsində polisə ərizəylə müraciət edib: