“Valideynlər güzəştə getməlidirlər” Qızqaçırtma hallarının qarşısı necə alınmalıdır? VİDEO FOTO


Digərləri 27 Dek 2017 13:58:00 294 0

“Valideynlər güzəştə getməlidirlər”  Qızqaçırtma hallarının qarşısı necə alınmalıdır?  VİDEO  FOTO

Bəzi  xalqlarda qız qaçırma adət-ənənəsi olduğu kimi Azərbaycanda da bəzi bölgələrdə də bu cür hadisələrə rast gəlinir. Buna görə də elçiliklə qız almaq əvəzinə qaçırma yoluna üstünlük verilir. Belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. Cəmiyyətimizdə də qadının iradəsinə zidd olaraq onun evlənmək məqsədilə qaçırılmasına pis münasibət var. Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı sujet yayımlanıb.  Sakin: "Sevgi olmalıdır 2 gənc arasında. Amma mənə elə gəlir ki,böyük xeyir-duası lazımlıdır. Çünki, ətrafımıza baxırıq da, xeyir-dua ilə getməyən uşaqların, gənclərin ailə taleyi heç də uğurlu alınmır. Sakin: "Valideyinin məsləmətini qırağa qoymaq və ötəri hislərə qapılmaq, heç vaxt xeyir gətirmir". Sakin: "Özbaşına gedəndə heç vaxt ata-ana buna xoş münasibət bəsləmir. Gözəl danışmır onunla və ya belə düz alınmır". Sakin: "Görürsən ki, oğlanın təhsili yoxdur, heç bir yerdə işləmirsə, belə adamların əksəriyyəti qız qaçırdıllar. Bu da gəlib bədbəxtçiliyə səbəb olur". Fidan Azərqızı (Psixoloq): "Bu ailələr, ümumiyyətlə, normal olaraq heç vaxt əksər hallarda uğurlu ailə sayılmır. Çünki öz razılığı olmadan qaçırılmağa sövq edilən bir xanım  nikah boyunca qarşı tərəfi günahkar sayır və qarşı tərəfi burada günahlandırır və heç vaxt ona yaxşı həyat yoldaşı ola bilmir... Bu addımı atan bəylər də bilməlidir ki, tək onlar qarşı tərəfin deyil, öz həyatlarını da, öz nikahlarını da təhlükə altına atırlar və uğursuz edirlər". Gənclərin də əksəriyyəti qız qaçırmağı çıxış yolu kimi görmürlər: Tural İbadov (gənc): "Mən xeyr qız qaçırtmaq söhbətin eləmərəm. Mən özümü doğruldaram ki, valideyn öz qızını mənə verə bilsin". Gənc qız: "Məncə sevənlər üçün düzgündü". Namiq Şıxəliyev (gənc): "Qaçırdır qızı, xoşbəxtliyin qızda görür. Ona görə qaçırdır. Vaz keçmərəm heç vaxt. Amma qaçırtmaram da. Çünki əsas odur ki, qızın fikri əgər səninlə qaçmaqdısa, yəni qız da, nətər deyim, valideynlərinə saymazlıq eləyib səninlə qaçırsa da, çalışaram belə şey olmasın". Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir. Cinayət Məcələsində göstərilir ki, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12-ilə qədər həbs cəzası, olay tamah məqsədilə törədilibsə, həmin şəxs 8 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrum olunur. Statistikaya nəzər saldıqda qız qaçırma hallarının ötən illərlə müqayisədə azalmasını müşahidə edirik. Lakin bəzən bu kimi hallar statistikadan kənarda qalır. Buna səbəb isə qızı zorla qaçırılan ailənin milli mentaliteti əsas tutub hüquq-mühafizə orqanlarına şikayət etməməsidir. Qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərir, daha sonra el ağsaqqallarının məsələyə müdaxiləsi ilə toya razılıq verirlər. Allahverdi Quliyev (sakin): "Məsəl var "G


Xəbərə aid fotolar