Kapello: "Bonuççi müdafiə oluna bilmir"


İdman 27 Dek 2017 13:50:00 288 0

Kapello: "Bonuççi müdafiə oluna bilmir"

İtaliyanın məşhur futbol məşqçisi Fabio Kapello "Milan"ın müdafiəçisi Leonardo Bonuççi barədə fikirlərini bildirib. Goal.az xəbər verir ki, "Sky İtalia"ya açıqlama verən təcrübəli mütəxəsis bunları deyib:

"Bonuççi topla ən yaxşı rəftar edən italiyalı futbolçudur. Bəlkə də, bu baxımdan dünyanın ən yaxşı 3 müdafiəçisindən biridir. Problem budur ki, Bonuççi müdafiə oluna bilmir. "Juventus"un müdafiəsində oynayanda ideal vəziyyətdə idi. Üçlü müdafiə sxemində gözəl təsir bağışlayır. Amma 4-lü sxemdə çətinlik çəkir".