Türkiyə Rusiyadan 4 divizion “S400” kompleksi alacaq


Dünya 27 Dek 2017 13:17:00 321 0

Türkiyə Rusiyadan 4 divizion “S400” kompleksi alacaq

Türkiyə Rusiyadan 2,5 mlrd. dollar dəyərində 4 divizion "S-400" zenit-raket kompleksi əldə edib.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, "Rostex"in baş direktoru Sergey Çemezov "Kommersant"a verdiyi müsahibədə bildirib ki, Rusiya və Türkiyə "S-400"-lərin alınması üçün Moskvanın kredit ayırmasına dair danışıqları başa çatdırıblar: "Yekun sənədləri təsdiqləmək qalıb. Kontrakt üzrə məbləğin 45 faizi avans şəklində, 55 faizi isə Rusiyanın təqdim edəcəyi kredit vəsaitləri hesabına ödəniləcək. Kompleksləri 2020-ci ilin martından tədarük etməyə başlayacağıq", - deyə o bildirib.

Virtualaz.org xatırladır ki, Moskva və Ankara arasında müvafiq saziş sentyabrın ortalarında imzalanıb. NATO bu sazişin əleyhinə çıxsa da, rəsmi Ankara bəyan edib ki, onun Alyans üçün heç bir təhlükəsi yoxdur. Üstəlik onu da vurğulayıblar ki, bu sazişə ona görə gediblər ki, həmin sistemləri NATO-dan əldə edə bilməyiblər.