London klubu Arturo Vidalı transfer etməyə çalışır


İdman 27 Dek 2017 13:12:00 274 0

London klubu Arturo Vidalı transfer etməyə çalışır

"Chelsea"nin baş məşqçisi Antonio Konte "Bayern Munich"in şərəfini qoruyan Arturo Vidalın xidmətlərində maraqlıdır. Goal.az xəbər verir ki, Konte şəxsən Vidala zəng edib və bir neçə dəqiqə onunla söhbət edib. Tərəflər "Juventus"da birlikdə çalışıblar. Münhen klubu 30 yaşlı havbeki satmağı planlaşdırmır. "Zadəganlar" isə maliyyə imkanlarından istifadə edərək futbolçunu Londona gətirmək niyyətindədir. Ona 4 illik müqavilə və ildə 15 milyon avro təklif olunur. Bu, Vidalın "Bavariya"da aldığı məvacibdən 20% çoxdur. Onun "Bayern Munich"lə cari müqaviləsi 2019-cu ilin yayına kimi qüvvədədir.