"Strateji yol xəritələrindəki tədbirlərin həyata keçirilməsi üzrə göstəricilər yüksək olacaq"


Digərləri 27 Dek 2017 12:51:00 287 0

"Strateji yol xəritələrindəki tədbirlərin həyata keçirilməsi üzrə göstəricilər yüksək olacaq"

2017-ci ilin yekunlarına əsasən, Strateji yol xəritələrində əks olunan tədbirlərin həyata keçirilməsi üzrə göstəricilər kifayət qədər yüksək olacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Jurnalistlərin sualını cavablandıran V.Qasımlı bildirib ki, 2017-ci ilin ikinci yarısının yekunları üzrə monitorinqin nəticələri ictimaiyyətə 2018-ci ilin fevral-mart aylarında təqdim olunacaq.