"Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədədir"


Digərləri 27 Dek 2017 12:52:00 390 0

"Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədədir"

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Mətbuat Şurası və Bakı şəhəri "Məşədi Dadaş" məscidi dini icmasının təşkilatçılığı ilə "Söz azadlığı və dini icmalar" mövzusunda konfrans keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı bildirib ki, bu gün Azərbaycanda dövlət-din modeli mövcuddur və bu modelin təbliğinə ehtiyac var.

Komitə sədri vurğulayıb ki, Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədədir.

M.Qurbanlı vurğulayıb ki, din həssas mövzu olduğundan bu mövzuda yazan jurnalistlər din haqqında, dünyada gedən dini proseslər haqqında geniş biliyə malik olmalıdırlar: "Azərbaycanda din mövzusunda yazan jurnalistlərlə mütəmadi iş aparılır, dini mövzuda seminarlar təşkil olunur və bu iş növbəti ildə də davam etdiriləcək".

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da jurnalistlərin dini biliklərinin artırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, növbəti ildə də jurnalistlərin dini biliklərinin artırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Daha sonra DQİDK-nin Mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva ölkədə dini vəziyyət haqqında hesabat təqdim edib.