Fuad Cavadov: Aprel hadisələrində ermənilərə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib


Digərləri 27 Dek 2017 12:42:00 238 0

Fuad Cavadov: Aprel hadisələrində ermənilərə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib

2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib.

Bakı. Samir Əli - 2016-cı ilin aprel hadisələrində erməni tərəfə casusluq edən şəbəkənin yazışmaları bərpa olunub və sübuta yetirilib. Trend-in məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov deyib. F.Cavadov qeyd edib ki, casus şəbəkəsinin bəzi üzvləri məlumatları ötürəndən sonra silərək məsuliyyəti öz üzərilərindən atmaq istəyib: "Həmin şəxslər iddia edirdilər ki, onlar casusluq etməyib və ermənilərə heç bir məlumat ötürməyiblər. Lakin onların kompüter və mobil telefonları bizim mərkəzə təqdim edildi. Mərkəzin avadanlıqları vasitəsilə həmin şəxslərin düşmən tərəflə yazışmaları bərpa edildi və istintaqa təqdim olundu. Yəni onların düşmən tərəflə yazışmaları kompüter və telefonlardan silinsə də, avadanlıqlar vasitəsilə həmin yazışmalar bərpa edildi". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin