BMTnin büdcəsi yüzmilyonlarla dollar azaldı


Dünya 27 Dek 2017 12:28:37 242 0

BMTnin büdcəsi yüzmilyonlarla dollar azaldı

BMT-nin Baş Assambleyası təşkilatın 2018-2019-cu illər üçün büdcəsini qəbul edib.

Son.az xəbər verir ki, iki il ərzində BMT-nin illik büdcəsi 5,397 milyard ABŞ dollar təşkil edəcək. Bu rəqəm təşkilatın ötən iki il üçün olan büdcəsindən 286 milyon dollar azdır. Qeyd edək ki, ABŞ BMT-nin əməliyyat büdcəsinə ödənişlərin həcmini azaldıb.

Xatırladaq ki, ABŞ-ın maliyyə ödənişi təşkilatın büdcəsinin (təqribən 3,3 milyard dollar) 22 faizini təşkil edir və bunun 28 faizi sülhün təmin edilməsi məsələlərinə ayrılır.

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində