Dünyanın ən kiçik yaşayış adası:


Digərləri 27 Dek 2017 12:14:00 263 0

Dünyanın ən kiçik yaşayış adası:

Bu adanı dünyanın ən kiçik, yaşam olduğu adası sayırlar. Kiçik, rahat bir məkandır. Adı da "Just Room Enough Island".

Son.az ABC-yə istinadən bildirir ki, ABŞ-da Nyu-Yorku Ontariodan ayıran Müqəddəs Lavreni çayında yerləşən 1864 adadan biridir.

Aleksandriya körfəzinin yaxınlığındakı "Just Room Enough Island" adasında, sadəcə, bir ev və bir ağac var.

Bir zamanlar "Sizlend" adlanan bu adanı 1950-ci ildə satın almış ailə ağac əkib, adanın ərazisinin hər qarışından yararlanaraq ev tikib.

Ailə bu evdən istirahət günlərində dincəlmək üçün istifadə etmək istəyirdi.


Xəbərə aid fotolar