Bayramda təcili tibbi yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Digərləri 27 Dek 2017 11:51:00 289 0

Bayramda təcili tibbi yardım gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində təcili və təxirəsalınmaz tibbi yardım briqadaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Son.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, bayram günlərində Səhiyyə Nazirliyi Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının tibbi yardım briqadaları bütün sutka ərzində gücləndirilmiş iş rejimində çalışacaqlar.

L.Bayramova qeyd edib ki, briqadalar lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunacaq və bütün çağırışlar vaxtında yerinə yetiriləcək.