Vüsal Qasımlı: "Bu il Azərbaycanın qeyri-neft sektoru 2% artacaq"


İqtisadiyyat 27 Dek 2017 11:55:03 277 0

Vüsal Qasımlı: "Bu il Azərbaycanın qeyri-neft sektoru 2% artacaq"

Beynəlxalq Valyuta Fondununun hesabatında isə bu rəqəmin 4% olacağı qeyd edilib

Bu ilin sonuna qədər Azərbaycanın kənd təsərrüfatı istehsalında 4%-lik artım gözlənilir. "Report" xəbər verir ki, bunu 2017-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlının sözlərinə görə, 2017-ci il Azərbaycan üçün iqtisadiyyatın şaxələndirilməsi və iqtisadi islahatlar baxımından uğurlu olub: "Dünya iqtisadiyyatında böhranlara baxmayaraq, bu il üçün Azərbaycan qeyri-neft ixracında 25%-ə qədər artım proqnozlaşdırılır. İlin sonuna qədər ölkəmizin qeyri-neft sektorunda 2%-lik artım gözlənilir. Beynəlxalq Valyuta Fondununun (IMF) hesabatında isə bu rəqəm 4% olacaq ki, bu da dünya üzrə orta rəqəmdən yüksəkdir".

İİTKM rəhbəri Azərbaycana yatırılan investisiyalarla bağlı məsələlərə də toxunub: "Hesab edirəm ki, "Əsrin müqaviləsi"nin müddətinin 2050-ci ilə qədər uzadılması 2017-ci ildə ölkəmizdə ən əhəmiyyətli hadisələrdən biri idi. Başda BP olmaqla bir dıra dünya əhəmiyyətli şirkərlərin 2050-ci ilə qədər Azərbaycana investisiya yatırması özü bir siqnaldır. Bu digər investorlara mesajdır ki, Azərbaycana investisiyaya açıq sabit ölkə kimi sərmayə yatırsınlar".