Xorxe Sampaoli üzr istədi


İdman 27 Dek 2017 11:49:00 246 0

Xorxe Sampaoli üzr istədi

Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli dekabrın 25-də onun avtomobilini saxlayan polis əməkdaşını təhqir etdiyinə görə üzr istəyib. Goal.az xəbər verir ki, təcrübəli mütəxəsis hisslərinı hakim ola bilmədiyini deyib.

"Baş verənlərə görə təəssüf edirəm. Haqlı olmadığım mübahisədə yaranan qəzəb əqidəmi əks etdirməyən sözləri işlətməyimə səbəb oldu. Məvacib insanın keyfiyyətini və dəyərini göstərmir. Bu pis nümunəyə görə ictimaiyyətdən üzr istəyirəm. Təhqir etdiyim polisdən isə, xüsusilə üzrxahlıq diləyirəm".

Sampaoli paytaxt Buenos-Ayresdən 360 km şimal-qərbdə yerləşən Kasilda şəhərində, qızının toyundan gələndə saxlanılmışdı. Avtomobildə daha 7 nəfər olduğundan məşqçi buna aqresiv reaksiya göstərib. "Axmaq, sən ayda cəmi 100 peso qazanırsan" - Sampaoli yol polisini təhqir edib.