Azərbaycan çempionatının oyunu zamanı iranlı futzalçı huşunu itirib


İdman 27 Dek 2017 11:10:00 239 0

Azərbaycan çempionatının oyunu zamanı iranlı futzalçı huşunu itirib

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIV turun “Neftçi” – “Marafon Futsal” qarşılaşmasında insident baş verib.

Oyunun sonuncu dəqiqəsində “Neftçi”nin iranlı legioneri Sadiq Cavid meydanın mərkəzində anidən huşunu itirərək yıxılıb. 

Futzalçıya həm “Neftçi”, həm “Marafon Futsal”, həm də oyunların baş həkimi Esmiralda Ələkbərova tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım maşını ilə iranlı futzalçı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Dərhal tibbi müayinədən keçirilən oyunçunun hansısa orqanında çatışmazlıq, problem aşkarlanmayıb. 

Klubdan Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə verilən məlumata görə, gecəni xəstəxanada keçirən oyunçu bu gün evə buraxılacaq.