Rusiya hökuməti vətəndaşların xaricdəki 1 trln. dollarını geri qaytarmağa çalışır
İqtisadiyyat 27 Dek 2017 10:52:40 272 0
Bunun üçün 2018-ci ildə vergi amnistiyasının elan olunacağı gözlənilir
Rusiyanın maliyyə naziri Anton Siluanov ölkə Prezidentinin təşəbbüsünü nəzərə alaraq 2018-ci ildə vergi amnistiyası keçirməyi təklif edib. Nazir qeyd edib ki, bundan əvvəl keçirilən amnistiya zamanı güc strukturları tərəfindən heç bir araşdırma aparılmayıb. Siluanov xüsusi emissiya ediləcək istiqrazlarla hesablaşmalar zamanı heç bir xarici nəzarətin olmayacağını bildirib. Anonimlik tərəfdarları Rusiya banklarında hesab açacaq, banklar isə "Eureclear" tipli hesablaşma və uçot təşkilatlarından yan keçərək birbaşa Milli Hesablaşma Depozitarisi ilə əlaqə yaradacaqlar. Xatırladaq ki, bəzi Rusiya biznesmenlərinin son zamanlar xaricdəki hesablarının dondurulmasından sonra amnistiya təklifinə qoşulanların sayı arta bilər.