Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi FOTO


Digərləri 27 Dek 2017 10:15:00 353 0

Azərikimya İB Bakı Ali Neft Məktəbində karyera təqdimatı etdi  FOTO

Azərikimya İstehsalat Birliyinin strukturuna daxil olan "Etilen-Polietilen" zavodunun direktor müavini Natiq Beydullayev, baş metroloqu Zeynal Quliyev və İnsan Resursları departamentinin rəhbəri Mehri Əsədova Bakı Ali Neft Məktəbində (BANM) olublar. Səfərin əsas məqsədi Bakı Ali Neft Məktəbinin tələbələrinin zavodun istehsal təcrübə proqramlarına və həmçinin işə cəlb olunma prosesi haqda bilgiləndirilməsi, eləcə də tələbələrə zavod və onun fəaliyyəti haqda ətrafli məlumatın verilməsi olub.

Ali Məktəbin rektoru Elmar Qasımov qonaqları qəbul edərək BANM və onun fəaliyyəti, statistik göstəriciləri haqda onlara geniş məlumat verib. Daha sonra qonaqlar Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri və məzunları ilə görüşüblər.

Tələbələrlə görüşdə zavodun direktor müavini Natiq Beydullayev iştirakçılara ümumi zavod və onun gördüyü işlər haqda geniş prezentasiya edib, tələbələri zavodun buxar generator kompleksi, su soyutma qurğusu, azot-oksigen qurğusu haqda bilgiləndirib. Zavodun BANM-ın PAM ixtisası üzrə təhsil alan tələbələrinə hazırda böyük ehtiyyac duyduğunu bildirən Natiq Beydullayev, hazırda yeni işçiləri maraqlandıracaq modernizasiya və yenidənqurma layihələrinin də olduğunu bildirib.


Xəbərə aid fotolar